Elmar Məmmədov: “İldən-ilə Ukraynada Azərbaycanın milli ruhunu daha da gücləndirəcəyik”

13.08.2018 | Filed under: Публікації

Bu gün Uk­raynada bir neçə di­as­por təşkilatımız fəaliyyət göstərir. Belə qurum­lardan biri də “Azərbaycan-Ukrayna” Beynəlxalq Al­yansıdır. Al­yansın sədri Elmar Məmmədov “Ekspress”ə müsahibəsində Azərbaycan və Uk­rayna arasında mədəni, sosi­al sahələrdə əməkdaşlıq barədə danışıb, qurumun əlaqələrin inkişafı is­tiqamətində həyata keçir­diyi layihələrdən bəhs edib.

– Azərbaycan di­as­porunun fəaliyyətini necə dəyərləndirir­siz?

– Azərbaycan di­as­poru dünyanın bir çox ölkələrində öz mövqelərini gücləndirib. Qeyd etmək istəyirəm ki, Azərbaycan di­as­porunun bugünkü inkişafının əsasını ümum­milli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əli­yevin sayəsində təqvimdə hər bir azərbaycanlı üçün mühüm olan tarix – 31 De­kabr Dünya Azərbaycanlılarının Həmrəylik günü yarandı. Bu tarix Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən bi­ridir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan di­as­poru üçün ən mühüm bayrama çev­rilib. Hətta Yeni il bayramı ikin­ci plana keçib. Həmrəylik gününü mil­liyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycan­da doğulub böyümüş, Azərbaycan əsilli di­as­por nümayəndələri də qeyd edirlər. Ümumiyyətlə, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar­la əlaqələr qur­maq, onlar arasında bi­rlik və həmrəylik yarat­maq işində mühüm rol oynayır.

– Uk­raynada fəaliyyət göstərən Azərbaycan di­as­poru hansı beynəlxalq təşkilat­larla əməkdaşlıq edir?

– Hal-hazırda Azərbaycan di­as­poru bizim həmyer­lilərimizin olduğu ölkələrədəki bir çox təşkilat­larla əməkdaşlıq edir. Bu, həm yerli təşkilat­lar, həm də mədəni fondlardır. Bu, çox müsbət fak­tordur, belə ki, Azərbaycan xarici ölkələrdə yaşayan­ları öz ənənələri və mədəniyyəti ilə tanış edir.

– Uk­raynada Azərbaycan di­as­poru hansı işləri ilə yadda qalır? Həmyer­lilərimiz di­as­por təşkilat­larından yetərincə dəstək alırmı?

– Azərbaycan di­as­poru öz mövqelərini Uk­raynada möhkəmləndirib. Məhz Uk­raynada di­as­por və di­as­por fəaliyyəti ilə məşğul olan təşkilat­ların sis­temli, əlaqəli işi müşahidə olunur. Bun­dan başqa, Azərbaycan Re­spub­likasının Di­as­porla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bizim fəaliyyətə yüksək maraq göstərdiyini qeyd etmək istəyirəm. Uk­raynada olduğu zaman, o, di­as­por sədrləri ilə çox­saylı görüşlər keçirib və hər belə görüşdən əvvəl işin keyfiyyə­tinin yaxşılaşdırılması məqsədilə hədəf və tapşırıqları müəyyən edib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Al­yansın sədri kimi əmin­liklə deyirəm ki, həmyer­lilərimiz bizim təşkilat­lardan böyük dəstək görürlər və həmyer­lilərimiz üçün di­as­por işi ilə bağlı fəaliyyət göstərən təşkilat­lar bir dayaqdır. Biz hər cür şərait yaradırıq ki, Uk­raynada yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşları ol­sunlar. Eləcə də, milli adətləri tərənnüm edən tədbirlər həyata keçiririk. Azərbaycan di­as­poru Uk­raynadakı güclü di­as­porlar­dan bi­ridir və mən əminəm ki, ildən-ilə Uk­raynada Azərbaycanın milli ruhunu daha da gücləndirəcəyik.

– Oxucularımızla “Azərbaycan-Ukrayna” Beynəlxalq Al­yansının gələcək plan­ları ilə bağlı bölüşərdiz… Eləcə də, Al­yans tərəfindən həmyer­lilərimiz üçün hansı tədbirlər gerçəkləşdirilir?

– “Azərbaycan-Ukrayna” Beynəlxalq Al­yansı Uk­raynanın bütün ərazisində fəal fəaliyyət göstərir. Həmyer­lilərimiz bizə müxtəlif sul­larla müraciət edir və həmişə al­yans tərəfindən dəstək görürlər. Uk­raynada yaşayan azərbaycanlıların sayı kifayət qədər çox olduğundan, həmyer­lilərimizin rahatlığı üçün biz ölkənin bir çox şəhərlərində filial­lar açmaq qərarına gəldik. Kiyevdə bizim baş of­isimiz yerləşir. Trus­kavets, Çer­niqov, Lvov­da filial­larımız var. Gələcəkdə azərbaycanlıların ərazi üzrə müraciət edə biləcəyi filial­ların sayını artırmağı plan­laşdırırıq.

Biz hər bir azərbaycanlının həyatında əlamətdar olan tarixlərlə bağlı çoxlu tədbirlər keçiririk. Sevə-sevə qeyd et­diyimiz belə günlər, Dünya Azərbaycanlıların Həmrəylik günü və milli bayram­lardır. Xüsusilə, “Azərbaycan-Ukrayna” Beynəlxalq Al­yansı Nov­ruz bayramını bütün adət-ənənələri gözləyərək möhtəşəm, təntənəli qeyd edir. Dini bayram­ları qeyd edirik. Bun­larla yanaşı, al­yansın təşəbbüsü ilə, Uk­raynada ümum­milli lider Heydər Əli­yevin doğum günü və anım günü qeyd olunur. Bir neçə il bun­dan qabaq Boris­pola gedən yolda Ulu öndərin şəklinin olduğu bann­er quraşdırılmışdı, Ulu öndərin anım günündə isə Trus­kavet­sin mərkəzi meydanında monitor­da Ümum­milli li­derin həyat yolun­dan bəhs edən video çarx nümayiş olun­muşdu.

Onu da qeyd edim ki, Şevçenko adına Kiyev Milli Uni­ver­sitetində açılan

Azərbaycan mədəniyyət-informasiya mərkəzi xüsusi di­qqətəlayiq­dir. Burada azərbaycanlı tələbələr kimi uk­rayn­alı tələbələr də Azərbaycana aid istənilən in­for­masiyanı “ilk mənbə”dən ala bilərlər. Biz həm də Azərbaycan və Uk­rayna arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin, əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Mən tez-tez Uk­raynanın aparıcı uni­ver­sitetlərinin re­ktor­ları, mədəniyyət nümayəndələri ilə görüşlər keçirirəm və onları birgə əməkdaşlığa olan fəal marağımız sevin­dirir. Xüsusən mənim, Lvov Hərbi Akademiyası, Droqobıç şəhərindəki pedoqoji uni­ver­sitetlə bağlı tələbə mübadiləsi təklifim böyük maraq­la qarşılanıb. Bütün görülən işlərə bax­mayaraq, biz nail ol­duğumuz­la kifayətlənmirik, bizim Azərbaycan və Uk­rayna arasında sıx münasibətlərin, əməkdaşlığın genişləndirilməsilə bağlı çoxlu plan və layihələrimiz var və ən qısa müddətdə bu plan və layihələrimizi gerçəkləşdirəcəyik.

Yeri gəlmişkən, müsahibimiz bu yaxınlar­da Azərbaycan Di­as­poru İnfor­masiya Mərkəzi və Azərbaycanın ilk ix­tisas­laşmış di­as­por saytı olan “di­as­por.az”ın keçir­diyi sorğuya əsasən “İlin fəal di­as­por sədri” adına layiq görülüb. Onu da qeyd edək ki, Uk­rayna Pat­riarxı Filaret E.Məmmədovu İkinci dərəcəli Müqəddəs Apos­tola bərabər olan Knyaz Vladimirin or­deni ilə təltif edib. Bu şərəfə cəmi 25 nəfər layiq görülüb, on­lardan yalnız 2-si or­deni Pat­riarxın şəxsən əlindən alıb. Elmar Məmmədov bu orden ilə təltif edilən, həm ilk azərbaycanlı, həm də ilk qaf­qazlıdır. Həmin görüşdə Pat­riarx Filaret Uk­rayna ərazisinin bütövlüyünə dəstək üçün Azərbaycan Pre­ziden­ti və Azərbaycan xalqına təşəkkür məktubu yol­layıb. Azərbaycan-Ukrayna Beynəlxalq Al­yansının sədri Elmar Məmmədov Kiyev və bütün Uk­raynanın pat­riarxı Filareti ilə görüşündə hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələləri müzakirə etmiş və hər iki dövlət arasındakı əlaqələrin daha da inkişaf etməli olduğunu vurğulayıb.

Elmar Məmmədov Kiyev və bütün Uk­raynanın pat­riarxı Filaretini ad günü münasibətilə təbrik edib və Al­yansın “Qızıl medal”ı ilə təltif edib. E.Məmmdov, eyni zaman­da Kiyev və bütün Uk­raynanın pat­riarxına yazıçı Çingiz Ab­dul­layevin kitabını təqdim edib.

Görüşdə Al­yansın rəhbəri bi­ldirib ki, Azərbaycan və Uk­rayna xalqlarının səmimi, dostluq münasibətləri mövcud­dur və bun­dan sonra bu münasibətlər daha da inkişaf edəcək. Filaret, öz növbəsində, di­as­por rəhbərinə bu çətin dövrdə Uk­raynaya fəal dəstəyə görə təşəkkürünü bi­ldirib.

Nəzərinizə çatdıraq ki, ötən ilin yan­varında pat­riarx Uk­rayna pro­vas­lav kilsəsinin təsdiqi üzrə Uk­raynada mənəviyyatın ifadəsində xidmətlərinə görə E.Məmmədovu ikin­ci dərəcəli Müqəddəs Apos­tola bərabər olan knyaz Böyük Vladimir or­deni ilə mükafat­landırmışdır. Elmar Məmmədovun bu is­tiqamətdə fəaliyyəti dövlətlərarası əlaqələrin genişlənməsində çox böyük əhəmiyyətə mal­ik­dir.

Eləcə də, E.Məmmədov ilə Uk­raynanın Kamenets – Podolskiy şəhərinin meri Mixail Cimaşkeviç arasında keçirilən görüşdə ölkələr arasında in­ves­tisiya layihələrinin gerçəkləşdirilməsi, turizm sahəsində birgə layihələrin işlənməsi məsələləri müzakirə edilib.

E.Məmmədov Sumı şəhərinin meri A.Lısenko ilə işgüzar görüşü zamanı həmvətənlərimizin bu şəhərin ən yaxşı uni­ver­sitetlərində təhsil al­malarında, işlə təmin olun­malarında maraqlı olduğunu qeyd edib: “Al­yansın şəhər rəhbərliyi ilə əməkdaşlığının inkişaf per­spek­tivləri çox genişdir. Əlbəttə ki, əsas is­tiqamətlər təhsil, mədəniyyət sahələrində əməkdaşlığın və turiz­min inkişafıdır”.

A.Lısenko isə şəhərin inkişaf di­namikasından və 2015-ci il ərzində işlərin ilkin nəticələri barəsində danışıb. Görüşün sonun­da E.Məmmədov Sumı şəhərinin əsasının qoyul­masının 360 il­liyi münasibətilə meri təbrik edib və şəhərə əmin-amanlıq və çiçəklənmə ar­zulayıb.

E.Məmmədov San-Marinoda Azərbaycanın böyük dostu Aureliya Qriqoriuya Malta Or­deninin Ali mükafatı – Böyük Malta Xaçının təqdim edilməsi mərasimində iştirak edib.

E.Məmmədov xüsusi olaraq vurğulayıb ki, mükafatı təqdim edən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İoann Suver­en Or­deninin Böyük Magistri Tornbyorn Pater­no Kas­tello qeyd edib ki, “A.Qriqoriu ədalət və insan haq­ları işinə böyük töhfəsinə görə” bu or­denlə təltif edilir.

Təqdimat mərasimi çərçivəsində T.Kas­tello ilə görüşən Al­yans sədri görüş zamanı “Malta ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin vacib­liyini” xüsusi olaraq vurğulayıb. T.Kas­tello Mal­tanın Azərbaycanın yerləşdiyi re­gion­da baş verən hadisələri diqqətdə sax­ladığını qeyd edib. E.Məmmədovun səyi nəticəsində Malta ilə Azərbaycan arasındakı münasibətlərdə daha da yaxınlaşma yaranıb.

Aynurə Məmmədova, Ekspress.Az

(Переглядів 63 , 1 переглядів сьогодні)

About

Błogos­ławieni którzy wprowad­zają pokój, al­bowiem oni będą naz­wani syn­ami Bożymi.

Tags:

Газ на авто. Трускавець

Новини Трускавця та регіону

ТОП коментованих за тиждень

  • None found

Оголошення ТВ

  • Запрошуємо на роботу
    05.01.2023 | 16:23

    Державний спеціалізований санаторій «Батьківщина» (м. Трускавець) запрошує на роботу: – психологів, –  соціальних педагогів, – фахівців з соціальної роботи, – соціальних працівників з відповідною освітою на постійну роботу. Телефон: 097-584-23-76. (Переглядів 1 , 1 переглядів сьогодні) Також читайтеКозацька слобода “Раковець” запрошує на риболовлю (0)Запрошуємо вивчати англійську мову! (0)Потрібен викладач англійської мови! (0)Запрошуємо юних футболістів (0)

  • Запрошуємо вивчати англійську мову!
    26.08.2022 | 15:47

    Курси іноземних мов Ірини Ченцової запрошують дітей та дорослих вивчати англійську мову з використанням інноваційних методик та сучасних підручників провідних британських та американських видавництв. Ми пропонуємо заняття в групах (7-10 чоловік), індивідуальне та корпоративне навчання, підготовку до ЗНО та здачі екзаменів на міжнародні сертифікати (IELTS, TOEFIL), а також Експрес-курси   для   дорослих   (англійська   для   подорожей   та […]

  • Archive for Оголошення ТВ »

Архіви