Elmar Məmmədov: “İldən-ilə Ukraynada Azərbaycanın milli ruhunu daha da gücləndirəcəyik”

13.08.2018 | Filed under: Публікації

 Bu gün Ukraynada bir neçə diaspor təşkilatımız fəaliyyət göstərir. Belə qurumlardan biri də “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansıdır. Alyansın sədri Elmar Məmmədov “Ekspress”ə müsahibəsində Azərbaycan və Ukrayna arasında mədəni, sosial sahələrdə əməkdaşlıq barədə danışıb, qurumun əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib.

– Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiz?

– Azərbaycan diasporu dünyanın bir çox ölkələrində öz mövqelərini gücləndirib. Qeyd etmək istəyirəm ki, Azərbaycan diasporunun bugünkü inkişafının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin sayəsində təqvimdə hər bir azərbaycanlı üçün mühüm olan tarix – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü yarandı. Bu tarix Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Hətta Yeni il bayramı ikinci plana keçib. Həmrəylik gününü milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Ümumiyyətlə, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

– Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir?

– Hal-hazırda Azərbaycan diasporu bizim həmyerlilərimizin olduğu ölkələrədəki bir çox təşkilatlarla əməkdaşlıq edir. Bu, həm yerli təşkilatlar, həm də mədəni fondlardır. Bu, çox müsbət faktordur, belə ki, Azərbaycan xarici ölkələrdə yaşayanları öz ənənələri və mədəniyyəti ilə tanış edir.

– Ukraynada Azərbaycan diasporu hansı işləri ilə yadda qalır? Həmyerlilərimiz diaspor təşkilatlarından yetərincə dəstək alırmı?

– Azərbaycan diasporu öz mövqelərini Ukraynada möhkəmləndirib. Məhz Ukraynada diaspor və diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların sistemli, əlaqəli işi müşahidə olunur. Bundan başqa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bizim fəaliyyətə yüksək maraq göstərdiyini qeyd etmək istəyirəm. Ukraynada olduğu zaman, o, diaspor sədrləri ilə çoxsaylı görüşlər keçirib və hər belə görüşdən əvvəl işin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hədəf və tapşırıqları müəyyən edib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri kimi əminliklə deyirəm ki, həmyerlilərimiz bizim təşkilatlardan böyük dəstək görürlər və həmyerlilərimiz üçün diaspor işi ilə bağlı fəaliyyət göstərən təşkilatlar bir dayaqdır. Biz hər cür şərait yaradırıq ki, Ukraynada yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşları olsunlar. Eləcə də, milli adətləri tərənnüm edən tədbirlər həyata keçiririk. Azərbaycan diasporu Ukraynadakı güclü diasporlardan biridir və mən əminəm ki, ildən-ilə Ukraynada Azərbaycanın milli ruhunu daha da gücləndirəcəyik.

– Oxucularımızla “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının gələcək planları ilə bağlı bölüşərdiz… Eləcə də, Alyans tərəfindən həmyerlilərimiz üçün hansı tədbirlər gerçəkləşdirilir?

– “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı Ukraynanın bütün ərazisində fəal fəaliyyət göstərir. Həmyerlilərimiz bizə müxtəlif sullarla müraciət edir və həmişə alyans tərəfindən dəstək görürlər. Ukraynada yaşayan azərbaycanlıların sayı kifayət qədər çox olduğundan, həmyerlilərimizin rahatlığı üçün biz ölkənin bir çox şəhərlərində filiallar açmaq qərarına gəldik. Kiyevdə bizim baş ofisimiz yerləşir. Truskavets, Çerniqov, Lvovda filiallarımız var. Gələcəkdə azərbaycanlıların ərazi üzrə müraciət edə biləcəyi filialların sayını artırmağı planlaşdırırıq.

Biz hər bir azərbaycanlının həyatında əlamətdar olan tarixlərlə bağlı çoxlu tədbirlər keçiririk. Sevə-sevə qeyd etdiyimiz belə günlər, Dünya Azərbaycanlıların Həmrəylik günü və milli bayramlardır. Xüsusilə, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı Novruz bayramını bütün adət-ənənələri gözləyərək möhtəşəm, təntənəli qeyd edir. Dini bayramları qeyd edirik. Bunlarla yanaşı, alyansın təşəbbüsü ilə, Ukraynada ümummilli lider Heydər Əliyevin doğum günü və anım günü qeyd olunur. Bir neçə il bundan qabaq Borispola gedən yolda Ulu öndərin şəklinin olduğu banner quraşdırılmışdı, Ulu öndərin anım günündə isə Truskavetsin mərkəzi meydanında monitorda Ümummilli liderin həyat yolundan bəhs edən video çarx nümayiş olunmuşdu.

Onu da qeyd edim ki, Şevçenko adına Kiyev Milli Universitetində açılan

Azərbaycan mədəniyyət-informasiya mərkəzi xüsusi diqqətəlayiqdir. Burada azərbaycanlı tələbələr kimi ukraynalı tələbələr də Azərbaycana aid istənilən informasiyanı “ilk mənbə”dən ala bilərlər. Biz həm də Azərbaycan və Ukrayna arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin, əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Mən tez-tez Ukraynanın aparıcı universitetlərinin rektorları, mədəniyyət nümayəndələri ilə görüşlər keçirirəm və onları birgə əməkdaşlığa olan fəal marağımız sevindirir. Xüsusən mənim, Lvov Hərbi Akademiyası, Droqobıç şəhərindəki pedoqoji universitetlə bağlı tələbə mübadiləsi təklifim böyük maraqla qarşılanıb. Bütün görülən işlərə baxmayaraq, biz nail olduğumuzla kifayətlənmirik, bizim Azərbaycan və Ukrayna arasında sıx münasibətlərin, əməkdaşlığın genişləndirilməsilə bağlı çoxlu plan və layihələrimiz var və ən qısa müddətdə bu plan və layihələrimizi gerçəkləşdirəcəyik.

Yeri gəlmişkən, müsahibimiz bu yaxınlarda Azərbaycan Diasporu İnformasiya Mərkəzi və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “diaspor.az”ın keçirdiyi sorğuya əsasən “İlin fəal diaspor sədri” adına layiq görülüb. Onu da qeyd edək ki, Ukrayna Patriarxı Filaret E.Məmmədovu İkinci dərəcəli Müqəddəs Apostola bərabər olan Knyaz Vladimirin ordeni ilə təltif edib. Bu şərəfə cəmi 25 nəfər layiq görülüb, onlardan yalnız 2-si ordeni Patriarxın şəxsən əlindən alıb. Elmar Məmmədov bu orden ilə təltif edilən, həm ilk azərbaycanlı, həm də ilk qafqazlıdır. Həmin görüşdə Patriarx Filaret Ukrayna ərazisinin bütövlüyünə dəstək üçün Azərbaycan Prezidenti və Azərbaycan xalqına təşəkkür məktubu yollayıb. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filareti ilə görüşündə hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələləri müzakirə etmiş və hər iki dövlət arasındakı əlaqələrin daha da inkişaf etməli olduğunu vurğulayıb.

Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretini ad günü münasibətilə təbrik edib və Alyansın “Qızıl medal”ı ilə təltif edib. E.Məmmdov, eyni zamanda Kiyev və bütün Ukraynanın patriarxına yazıçı Çingiz Abdullayevin kitabını təqdim edib.

Görüşdə Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək. Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.

Nəzərinizə çatdıraq ki, ötən ilin yanvarında patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər olan knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırmışdır. Elmar Məmmədovun bu istiqamətdə fəaliyyəti dövlətlərarası əlaqələrin genişlənməsində çox böyük əhəmiyyətə malikdir.

Eləcə də, E.Məmmədov ilə Ukraynanın Kamenets – Podolskiy şəhərinin meri Mixail Cimaşkeviç arasında keçirilən görüşdə ölkələr arasında investisiya layihələrinin gerçəkləşdirilməsi, turizm sahəsində birgə layihələrin işlənməsi məsələləri müzakirə edilib.

E.Məmmədov Sumı şəhərinin meri A.Lısenko ilə işgüzar görüşü zamanı həmvətənlərimizin bu şəhərin ən yaxşı universitetlərində təhsil almalarında, işlə təmin olunmalarında maraqlı olduğunu qeyd edib: “Alyansın şəhər rəhbərliyi ilə əməkdaşlığının inkişaf perspektivləri çox genişdir. Əlbəttə ki, əsas istiqamətlər təhsil, mədəniyyət sahələrində əməkdaşlığın və turizmin inkişafıdır”.

A.Lısenko isə şəhərin inkişaf dinamikasından və 2015-ci il ərzində işlərin ilkin nəticələri barəsində danışıb. Görüşün sonunda E.Məmmədov Sumı şəhərinin əsasının qoyulmasının 360 illiyi münasibətilə meri təbrik edib və şəhərə əmin-amanlıq və çiçəklənmə arzulayıb.

E.Məmmədov San-Marinoda Azərbaycanın böyük dostu Aureliya Qriqoriuya Malta Ordeninin Ali mükafatı – Böyük Malta Xaçının təqdim edilməsi mərasimində iştirak edib.

E.Məmmədov xüsusi olaraq vurğulayıb ki, mükafatı təqdim edən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İoann Suveren Ordeninin Böyük Magistri Tornbyorn Paterno Kastello qeyd edib ki, “A.Qriqoriu ədalət və insan haqları işinə böyük töhfəsinə görə” bu ordenlə təltif edilir.

Təqdimat mərasimi çərçivəsində T.Kastello ilə görüşən Alyans sədri görüş zamanı “Malta ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin vacibliyini” xüsusi olaraq vurğulayıb. T.Kastello Maltanın Azərbaycanın yerləşdiyi regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib. E.Məmmədovun səyi nəticəsində Malta ilə Azərbaycan arasındakı münasibətlərdə daha da yaxınlaşma yaranıb.

Aynurə Məmmədova, Ekspress.Az

(Переглядів 63 , 1 переглядів сьогодні)

About 

Błogosławieni którzy wprowadzają pokój, albowiem oni będą nazwani synami Bożymi.

Tags:

Газ на авто. Трускавець

Новини Трускавця та регіону

ТОП коментованих за тиждень

  • None found

Оголошення ТВ

  • Запрошуємо на роботу
    05.01.2023 | 16:23

    Державний спеціалізований санаторій «Батьківщина» (м. Трускавець) запрошує на роботу: – психологів, –  соціальних педагогів, – фахівців з соціальної роботи, – соціальних працівників з відповідною освітою на постійну роботу. Телефон: 097-584-23-76. (Переглядів 1 , 1 переглядів сьогодні) Також читайтеКозацька слобода “Раковець” запрошує на риболовлю (0)Запрошуємо вивчати англійську мову! (0)Потрібен викладач англійської мови! (0)Запрошуємо юних футболістів (0)

  • Запрошуємо вивчати англійську мову!
    26.08.2022 | 15:47

    Курси іноземних мов Ірини Ченцової запрошують дітей та дорослих вивчати англійську мову з використанням інноваційних методик та сучасних підручників провідних британських та американських видавництв. Ми пропонуємо заняття в групах (7-10 чоловік), індивідуальне та корпоративне навчання, підготовку до ЗНО та здачі екзаменів на міжнародні сертифікати (IELTS, TOEFIL), а також Експрес-курси   для   дорослих   (англійська   для   подорожей   та […]

  • Archive for Оголошення ТВ »

Архіви